SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Tanınmış tikinti şirkəti müflisləşir

Tanınmış tikinti şirkəti müflisləşir

  • 29 oktyabr 2025, 10:33

Azərbaycanda tanınmış tikinti şirkətinin müflisləşmə işinə baxılacaq.

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində borclu "RS Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.

Məhkəmə iclası 18 noyabr saat 12:40-na təyin olunub.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunublar.

Qeyd edək ki, "RS Construction" 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.

"RS Construction" tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri - yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.

Prime Leasing
SPE Annual Caspian