 
 
            “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazasının bağlanmasının təfərrüatları aydın olub.
Yurd.Media xəbər verir ki, mağazalar şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli jurnalistlərə açıqlamasında icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra obyektin başqa şəxslərə icarəyə verildiyini bildirib:
"Biz dəfələrlə obyekt sahibinin nümayəndələrindən bizi obyekt sahibi ilə birbaşa görüşdürməyi xahiş etmişik. Təəssüf ki, bu görüş hələ də təşkil edilməyib".

Qeyd edək ki, “Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib.
Bu gün şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.
Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.
Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.

Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.