 
 
            "Azərbaycan Fintex Assosiasiyası"nın ("AzFina") İctimai Birliyinin Ümumi Yığıncağında, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələrinin iştirakı ilə keçirilmiş seçki nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı "United Payment" MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Assosiasiyanın İdarə Heyətinin Sədri seçilib.
Bu barədə Yurd.Media-ya Assosiasiyadan məlumat verilib.
Məlumata görə, o, maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynayıb.