SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Prior Leasing”in törəməsi AMB-nin hədəfinə gəldi

“Prior Leasing”in törəməsi AMB-nin hədəfinə gəldi

  • 30 oktyabr 2025, 11:54

Azərbaycan Mərkəzi Bankı (AMB) "Prior Credit" ASC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən BOKT-un vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 000 manat cərimə olunub.

"Prior Credit"in təsisçisi 100% “Prior Leasing”dir.

Prime Leasing
SPE Annual Caspian