SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Hellouin aksesuarlarının qiymətləri: 15 manata pariklər, 45 manata maskalar - ARAŞDIRMA

"Hellouin" aksesuarlarının qiymətləri: 15 manata pariklər, 45 manata maskalar - ARAŞDIRMA

  • 31 oktyabr 2025, 17:51

Son illər ölkədə populyarlıq qazanan "Hellouin" (Halloween) üçün satış nöqtələrində cadugər papaqları, qorxulu maskalar, abadoklar və bəzək əşyaları alıcıların diqqətini çəkir.

Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, mağaza və “party shop”larda Hellouin aksesuarlarının qiymətləri fərqli aralıqlarda dəyişir. Ən çox maraq doğuran məhsullar uşaqlar və gənclər üçün nəzərdə tutulub.

Belə ki, uşaqlar üçün Hellouin aksesuarları 1-4 manat aralığında satılır:

Halloween abadok - 3,12 manat

Cadugər papağı (aksesuar) - 1,20 manat

Şeytan abadok və əsa dəsti - təxminən 3,20 manat

Çiçəkli tül abadok - 3,60 manat

Sadə tül abadok - 4 manat

Böyüklər üçün məhsulların qiymətləri isə daha yüksəkdir:

Ghost Face maskası – 10 manat

Cadı şapkası – 20 manata qədər

“Gəzən əl” dekoru – 25 manat

Pariklər – orta hesabla 15 manat

Qorxulu kuklalar – 30-60 manat

Qorxulu maskalar – 45 manat civarında

Restoran və klublarda keçirilən partilərin bilet qiymətləri təxminən 30-50 manat arasında dəyişir. Bu məbləğə adətən DJ proqramı, qrim (face art) xidməti, dekorasiyalı məkanlara giriş və əyləncə proqramı daxildir.

Qeyd edək ki, göstərilən qiymətlər təxmini xarakter daşıyır və məkan, məhsulun keyfiyyəti və satış yerindən asılı olaraq fərqlənə bilər.

Prime Leasing
SPE Annual Caspian