Son aylarda əsas müzakirə olunan mövzulardan biri elektrik mühərriki ilə işləyən avtobusların yenidən əlavə dəyər vergisinə cəlb olunması məsələsi idi.
Yurd.Media xəbər verir ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, Azərbaycana elektrik mühərriki ilə işləyən avtobusların idxalı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.
Sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilir.