2025-ci ildə “Carlsberg Azerbaijan” MMC 29,1 milyon manat mənfəət vergisi ödəyib.
Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11% azdır.
“Carlsberg Azerbaijan” 1969-cu ildən fəaliyyət göstərən Xırdalan Pivə Zavodunu idarə edir. Şirkət Danimarkadakı “Carlsberg Group”a məxsusdur.