"Petrokem Qrup" MMC nizamnamə kapitalını 8,5 milyon manat və yaxud 2,9 dəfə azaltdığını elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, şirkətin kapitalı 13,1 milyon manatdan 4,6 milyon manata endirilir.
Xatırladaq ki, "Petrokem Qrup" 1993-cü ildə yaradılıb, BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir.