“Fuga Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti tərəfindən tikinti şirkətində yoxlama aparılıb.
Məlum olub ki, “Fuga Group” MMC sabiq işçisinın 2024-cü ildə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı o Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edib.
Nəticədə “Fuga Group” MMC-nin direktoru İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3000 manat məbləğində cərimə edilib.
Bu qərarın ləğv edilməsi üçün MMC-nin rəhbəri müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, 2021-ci ildə alınmış lisenziya üzrə tikinti və təchizat üzrə xidmətlər göstərən “Fuga Group” MMC-nin Nizamnamə kapitalı 60 000 manatdır. Şirkət dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsi, “Azərişıq” ASC və digər dövlət qurumlarının elan etdiyi milyonluq tenderlərinin qalibi olub.