Elektron pul təşkilatı olan "PulPal" MMC-nin rəhbər vəzifəsində yenə təyinat baş verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə Leyla Əliyevanının əvəzinə Vüsal Hadıyevi təyin edib.
Xatırladaq ki, şirkət ilin əvvəlində Leyla Əliyevanı Mehriban Əlizadənin yerinə təyin etmişdi.
Qeyd edək ki, ötən ilin əvvəlində "PulPal" MMC-nin əvvəlki rəhbəri Samir Nasibov "qumar kralı" kimi tanınan Yusif Baqiyevlə (Şəkili) bağlı cinayət işi üzrə təqsirli bilinmişdi.
Belə ki, 2022-ci ildən başlayaraq Nasibov Samir Hüseyn oğlu "Paysis" MMC və "Pulpal" MMC pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələri açaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırması müəyyən edilmişdi.