"İrşad" MMC bank olmayan kredit təşkilatı (BOKT) rəhbər vəzifəsində dəyişiklik edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlikdə Zaur Miqirovun əvəzinə Bəşir Cəbrayılov təyin edilib.
Qeyd edək ki, keçən ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İrşad” MMC BOKT lisenziya verilib.
Şirkət 2023-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 1,250 milyon manatdır.
Xatırladaq ki, BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur. O “İrşad Telecom”u (İrşad İ.R. MMC) 2000-ci ildə İrad Hacıyev ilə şərikli yaratmışdı. İrad Hacıyev isə 2018-ci ildə 40 yaşında müəmmalı şəkildə dünyasını dəyişib.