“Bank Avrasiya” ASC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərini pozduğu üçün cərimə ödəməli olacaq.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, vəzifəli şəxs “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 500 manat cərimə edilib.
Qeyd edək ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur. Bankın İdarə Heyətinin sədri Rüfət Kərimovdur.