SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
“Bank Avrasiya”nın səhmdarı iki yerə bölünür

“Bank Avrasiya”nın səhmdarı iki yerə bölünür

  • 08 yanvar 2026, 17:49

“Top Properties” MMC yenidən təşkil olunduğunu elan edib.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilir ki, buna səbəb kommersiya qurumunun tərkibindən ayrılma nəticəsində “Top Properties Əmlak” MMC-nin yaradılmasıdır.

“Top Properties” 2020-ci ildə 150,3 milyon manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət “Bank Avrasiya” ASC-nin səhmlərinin 49,5%-nə nəzarət edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları