"Baku Electronics" satdığı məhsulun istehsal ölkəsinin Çin və Özbəkistan olmasına baxmayaraq, reklamında Yaponiyada istehsal olunduğu təəssüratı yaradıb.
Bununla bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən "Baku Electronics"ə qarşı tədbir görüb.
Agentlikdən Yurd.Media bildirilib ki, quruma daxil olmuş şikayətlər əsasında araşdırma aparılıb.
Məlum olub ki, "Baku Electronics"in "YOSHIRO" markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında "Yapon ənənəsi", "Yapon keyfiyyəti" kimi ifadələrdən istifadə etməklə onların Yaponiyada istehsal olunduğu təəssüratı yaratdığı.
Həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə etdiyi və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən olunub.