SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakının məşhur ticarət mərkəzində təhlükəli tərkibli məhsulun satıldığı aşkarlanıb

Bakının məşhur ticarət mərkəzində təhlükəli tərkibli məhsulun satıldığı aşkarlanıb

  • 15 dekabr 2025, 20:51

Bakının məşhur ticarət mərkəzində təhlükəli tərkibli məhsulun satıldığı aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumata görə, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib:

"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq".

Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.

Prime Leasing
SPE Annual Caspian