SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Birmarketin distributoru müştərisinə 300 manat cərimə yazdı - Məhkəmə 38 manata saldı

"Birmarket"in distributoru müştərisinə 300 manat cərimə yazdı - Məhkəmə 38 manata saldı

  • 14 aprel 2026, 11:57

"Birmarket" mağazalar şəbəkəsinin distributoru “AZƏRİ SALES AND SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Şəmkir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 376 manat əsas, 300 manat cərimə borcu (ümumilikdə 676 manat) və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.

İddia tələbi onunla əsaslandırılıb ki, alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 1103 manat dəyərində olan mebel dəsti (divan və masa) alıb.

Alınmış malların dəyərini 12 aya bölərək, hər ay üçün 91.92 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 1103 manat ödəməyi öhdəsinə götürüb. Müştəri 736 manat ödəniş edib, qalan 376 manatı isə ödəməyib.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilib. Nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 376 manat ödənilməmiş hissə, 37.60 manat cərimə, ümumilikdə 413.6 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə qərar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları