"Azenco" ASC 2024-cü ilin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, şirkət ötən il 1,9 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 47,5% azdır.
Bu ilin əvvəlinə "Azenco"nun aktivləri ötən ilin əvvəlinə nisbətən 1,8% çox - 235,6 milyon manat təşkil edib.
Səhmdar cəmiyyətinin öhdəlikləri 58,8 milyon manat (8% çox), balans kapitalı isə 176,8 milyon manat (0,1% az), o cümlədən nizamnamə kapitalı 6,8 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. “Azenco” “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" MMC adı altında fəaliyyət göstərib. Bir müddət sonra “Azenco” Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.
ASC-nin qanuni təmsilçisi Hacıyev Pərviz Firuhət oğludur.