Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
Yurd.Media AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:
- Bakı - Dammam - Bakı (J2 8205/8206)
- Bakı - Bəhreyn - Bakı (J2 505/506)
- Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)
- Bakı - Lahor - Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
- 18 iyun - 30 iyun tarixlərində Bakı - Təl-Əviv - Bakı
- 19 iyun - 30 iyun tarixlərində Bakı - Tehran - Bakı
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.