SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycan Dostları Assosiasiyası Naxçıvana qarşı dron hücumunu pisləyib

Azərbaycan Dostları Assosiasiyası Naxçıvana qarşı dron hücumunu pisləyib

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) yaydığı bəyanatda Naxçıvan ərazisinə qarşı həyata keçirilmiş dron hücumunu qətiyyətlə pisləyib.

Yurd.Media xəbər verir ki, bəyanatda qeyd edib ki, belə bir hücum “beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır” və onsuz da gərgin olan regionda vəziyyətin daha da kəskinləşməsi riskini artırır.

Təşkilat həmçinin Azərbaycan xalqı ilə və hücumdan birbaşa zərər çəkmiş Naxçıvan sakinləri ilə həmrəyliyini ifadə edib. 

Assosiasiya beynəlxalq ictimaiyyəti dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərməyə, eləcə də dialoq və məsuliyyət yolunu seçməyə çağırıb.

Bəyanat assosiasiyanın prezidenti Jerom Beguin və baş katibi Mirvari Fətəliyeva tərəfindən imzalanıb. Təşkilat rəhbərliyi vəziyyətin inkişafını diqqətlə izlədiyini və beynəlxalq hüquq prinsiplərinə, regional sabitliyə və sülhə sadiq qaldığını bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları