SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şeyxülislam Allahşükür Paşazadə Romada iftar açacaq

Şeyxülislam Allahşükür Paşazadə Romada iftar açacaq

  • 07 mart 2026, 15:46

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

QMİ-dən Yurd.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və QMİ-nin təşəbbüsü ilə Romada martın 9-da Ramazanın İftar süfrəsi təşkil olunacaq.

QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Papa XIV Leo Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.

Romadakı St. Regis Hoteldə keçiriləcək İftar süfrəsində İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları