SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Səhayət sevənlərə ŞAD XƏBƏR: Bu ölkəyə vizasız getmək mümkün oldu

Səhayət sevənlərə ŞAD XƏBƏR: Bu ölkəyə vizasız getmək mümkün oldu

  • 29 aprel 2026, 17:41

Daha bir turizmlə məşhur olan ölkəyə vizasız gediş-gəliş mümkün olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.

24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları