SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi

Xarici İşlər Nazirliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir.

Tarixi
Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti idarəsinə Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin yeddi ayında) başçılıq etmişlər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdir. 50-ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə müqayisədə 70–80-ci illərdə xeyli geniş olmuşdur.

Uzun illər boyu müxtəlif formalarda sovet rejiminə qarşı apardığı mübarizə və 80-ci illərin sonu — 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın əksər dövləiləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu. Müstəqillik illərində Azərbaycan Respublikasının xarici işlər nazirləri Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyev oldular.

Tabeliyindəki qurumlar
ADA Universiteti
Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi

Fəaliyyəti
Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir;
ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərin bütün kompleksi üzrə məlumatların araşdırılması əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri üzrə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrini hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təklifləri hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə baxılması üçün təqdim edir;
xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır;
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni həyata keçirir, Azərbaycan Respublikası qanunvericiliyinin onun beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak edir;
Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, onların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla ticarət-iqtisadi və maliyyə əlaqələrinin, elmi-texniki, mədəni və digər mübadilələrinin genişləndirilməsi üzrə siyasətin və konkret tədbirlərin hazırlanmasında iştirak edir;
beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycan Respublikasının səylərini diplomatik vasitələrlə həyata keçirir;
Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir;

Daha bir ölkənin səfirliyi İrandan Azərbaycana köçdü
Ölkə
16.03.2026 21:33
Daha bir ölkənin səfirliyi İrandan Azərbaycana köçdü
İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana kimlər dəstək verdi? - SİYAHI
Ölkə
08.03.2026 19:28
İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana kimlər dəstək verdi? - SİYAHI
İlham Əliyev: Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar
Ölkə
05.03.2026 16:42
İlham Əliyev: "Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar"
İranın dron hücumu ilə bağlı Azərbaycandan RƏSMİ MÖVQE
Naxçıvan
05.03.2026 15:44
İranın dron hücumu ilə bağlı Azərbaycandan RƏSMİ MÖVQE
Babək rayonunda məktəbin yaxınlığında İran dronu partladı - FOTO
Babək
05.03.2026 14:37
Babək rayonunda məktəbin yaxınlığında İran dronu partladı - FOTO
İranın Naxçıvana dron hücumunda 2 nəfər yaralanıb
Naxçıvan
05.03.2026 13:32
İranın Naxçıvana dron hücumunda 2 nəfər yaralanıb
Dənizçilərə üzərlik XƏBƏRDARLIĞI
Ölkə
02.03.2026 19:17
Dənizçilərə üzərlik XƏBƏRDARLIĞI
İranda hərbi əməliyyatlarda Azərbaycan vətəndaşı xəsarət aldı
Yurddan uzaq
01.03.2026 12:47
İranda hərbi əməliyyatlarda Azərbaycan vətəndaşı xəsarət aldı
Bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Astara
01.03.2026 09:49
Bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Yurddan uzaq
28.02.2026 21:48
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Emin Hüseynovun qadın paltarında səfirlik macərası - Nə olmuşdu?
Ölkə
15.02.2026 22:34
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu?
Azərbaycan və Tükiyə XİN başçıları regional təhlükəsizlik vəziyyətini müzakirə edib
Ölkə
08.02.2026 17:58
Azərbaycan və Tükiyə XİN başçıları regional təhlükəsizlik vəziyyətini müzakirə edib
Rusiya səfiri XİN-ə çağrıldı - NOTA VERİLDİ
Ölkə
06.02.2026 23:32
Rusiya səfiri XİN-ə çağrıldı - NOTA VERİLDİ
Rəsmi Bakıdan TRIPP-in  çərçivə sənədinə REAKSİYA
Ölkə
14.01.2026 20:44
Rəsmi Bakıdan TRIPP-in çərçivə sənədinə REAKSİYA
Azərbaycan Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoya bilər
İqtisadiyyat
02.01.2026 20:51
Azərbaycan Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoya bilər
Samur çayının su ehtiyatlarının Azərbaycan və Rusiya arasında bölünməsi razılaşdırıldı
Ölkə
27.12.2025 15:08
Samur çayının su ehtiyatlarının Azərbaycan və Rusiya arasında bölünməsi razılaşdırıldı
Türkiyə XİN-dən Zəfər Günü təbriki
Ölkə
08.11.2025 11:57
Türkiyə XİN-dən Zəfər Günü təbriki
Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb
Ölkə
08.11.2025 10:29
Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb
Sabiq Baş nazir: “Ramiz Mehdiyev  “çörəyi dizi üstə olan” adamdır”
Ölkə
21.10.2025 23:56
Sabiq Baş nazir: “Ramiz Mehdiyev  “çörəyi dizi üstə olan” adamdır”
Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM
Yurddan uzaq
17.10.2025 18:43
Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Ölkə
27.09.2025 09:17
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan XİN Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb
Ölkə
20.09.2025 10:26
Azərbaycan XİN Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
Yurddan uzaq
28.08.2025 19:31
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib
Formula 1-lə əlaqədar əcnəbilər üçün viza prosedurları sadələşdirilib
Ölkə
25.08.2025 11:14
Formula 1-lə əlaqədar əcnəbilər üçün viza prosedurları sadələşdirilib
Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib
Ölkə
12.08.2025 18:46
Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib
Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA
Yurddan uzaq
28.07.2025 10:30
Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA
Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Ölkə
25.07.2025 22:10
Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib