SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa elədi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa elədi

  • 12 aprel 2026, 19:27

Azərbaycanın İrandakı səfirliyi bugündən fəaliyyətini bərpa edib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.

Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları