Bakıya səfər edən turistlər "Hilton Baku” hoteldə yemək üçün ödədikləri 1300 manata yaxın hesabın qəbzini paylaşıblar.
Yurd.Media "Musavat"-a istinadən xəbər verir ki, turistlərin ödədikləri 1290 manatlıq hesab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız "Sirab” üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının 1 nəfərlik porsiyası üçün 12 manat, 1 porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər. Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb.
Beləliklə, ümumilikdə ödənilən məbləğ 1290 manat olub.