SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
4fəsil travel müştərini qeydiyyata alsa da, səfər zamanı rədd cavabı verir - ŞİKAYƏT

"4fəsil travel" müştərini qeydiyyata alsa da, səfər zamanı rədd cavabı verir - ŞİKAYƏT

Şuşaya səfər üçün bilet alıb, qeydiyyatdan keçsə də, gedə bilməyib.

Yurd.Media xəbər verir ki, Şəlalə Şabanova adlı istifadəçi bununla bağlı sosial mediada "4fəsil travel" adlanan tur şirkəti ilə bağlı paylaşımında bildirib:

"1 həftə əvvəldən pul ödəyib 3 nəfər üçün Şuşaya tur sifariş etdik, qeydiyyatdan keçdik. Bizə toplanma yeri, bələdçi nömrəsi verildi. Yola rəvan olma zamanı bizə bildirdilər ki, sizin adınız siyahıda yoxdur, gedin gələn həftə gələrsiz. Etirazımızı bildirdikdə bələdçi satış menecerinə yönləndirdi, o da öz növbəsində rəhbər deyilən Osman bəyə".

Şikayətçi vurğulayıb ki, bu kimi hal başqa müştərilərin də başına gəlibmiş:

"Sürücü bildirdi ki, keçən dəfə də Kürdəmirdən gələn 2 nəfər yaşlı kişini geri qaytarıblar. Belə qənaətə gəkmək olur ki, 48 nəfərlik avtobusa rezerv olaraq özlərini sığortlayıb artıq müştəri qeyd edirlər".

Prime Leasing