SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Trip Center of Baku” turizm şirkəti CƏRİMƏLƏNDİ

“Trip Center of Baku” turizm şirkəti CƏRİMƏLƏNDİ

  • 10 fevral 2026, 15:17

“Trip Center of Baku” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) reklam qaydalarını pozmaqda ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “İnstagram” sosial şəbəkəsində “Trip Center of Baku” MMC-yə məxsus “travelcenter.baku” adlı səhifədə nümayiş etdirilən reklamlarda qiymətlər Azərbaycan manatı ilə göstərilməyib.

Belə ki, səhifədə yayımlanmış “Pekin turu 399 USD (4 gecə 5 gün)” məzmunlu reklam barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə protokol tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Trip Center of Baku” 800 manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları