Ötən il Azərbaycanda xaricə səfər edənlər arasında ən çox artım dini ziyarət edənlər arasında olub.
Yurd.Media xəbər verir ki, 2025-ci ildə dini ziyarət edənlərin sayı 27 % artaraq 28 717 nəfər təşkil edib.
Ümumilikdə isə səfərin məqsədlərinə görə, ən çox istirahət və əyləncə məqsədilə səfər edənlər təşkil edib - 574 862 nəfər. 2024-cü ilə nisbətən bu rəqəm 6,1 % azdır.
Qohum və dostlara baş çəkmək üçün xaricə gedənlərin sayı isə 308 012 nəfər təşkil edib ki, burada 5,1 % artım var.
277 619 nəfər işgüzar məqsədlə xaricə gedib və bu istiqamətdə 16,3 % azalma qeydə alınıb.
Digər məqsədlərdən - müalicə üçün 42 613 (9,6 % artım), alış-veriş üçün 32 424 (33,2 % azalma), digər məqsədlər üçün 16 540 nəfər olub.
Əyləncə məqsədilə səfərlərdə top 4 ölkə Türkiyə (267 438 nəfər gedib, 12,1 % artım var), Birləşmiş Ərəb Əmirlikləri (68 336 nəfər gedib, 2,2 % artım var), Rusiyaya (53 613 nəfər, 58,5 % azalma) və Gürcüstana (50 172 nəfər, 14,6 % azalma) olub.