SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Turizm sektorunda həm işçi, həm də keyfiyyət problemi – Dövlət Proqramından rəqəmlər

Turizm sektorunda həm işçi, həm də keyfiyyət problemi – Dövlət Proqramından rəqəmlər

  • 20 avqust 2026, 22:08

Turizm sahəsində işçi tələbatı ilə bu istiqamətdə peşəkar hazırlığın həcmi arasında ciddi fərq yaranıb.

Yurd.Media-nın məlumatına görə, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında qeyd olunub ki, Azərbaycanda turizm sektorunun inkişafı qarşısında duran əsas çağırışlardan biri kadr potensialının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsidir.

Sənəddə bildirilir ki, 2023-cü ildə turizm ixtisasları üzrə təhsilini tamamlayan şəxslərin sayı cəmi 1,9 min nəfər olub. Halbuki həmin il yalnız turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 8,8 min nəfər muzdlu işə cəlb edilib.

Bu isə turizm ixtisasları üzrə təhsilini tamamlayan şəxslərin sayından 4,6 dəfə çoxdur.

Sənəddə Azərbaycan Turizm və Menecment Universitetinin məzunlarının məşğulluq göstəricilərinə də diqqət çəkilib. Belə ki, 2016–2022-ci illərdə universitet məzunları arasında məşğulluq səviyyəsi 53,6 faiz, onların ixtisaslarına uyğun məşğulluq səviyyəsi isə 58 faiz təşkil edib.

Turistlərin gözləntiləri ilə real təcrübələri arasında fərq var

2023-cü ildə Dövlət Turizm Agentliyi tərəfindən turistlər arasında keçirilən sorğunun nəticələri də xidmət keyfiyyəti ilə bağlı müəyyən problemlərin olduğunu göstərib.

Sorğuya əsasən, yerli və xarici turistlərin gözləntiləri ilə təcrübələri arasında əsas fərqlər əlverişli qiymət, gigiyena və müştəri xidməti kateqoriyaları üzrə qeydə alınıb.

Sənəddə qeyd olunur ki, mövcud vəziyyət turizm dəyər zənciri üzrə keyfiyyət yanaşmasının tətbiqini və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsini zəruri edir.

Bununla yanaşı, turizm sektorunda tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də rəqabətə yönəlmiş təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları