Azərbaycanda yeni yaradılan iki milli parkın əsasnaməsi təsdiqlənib.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Axar-Baxar Milli Parkı haqqında, həmçinin İlisu Milli Parkı haqqında da əsasnamələri təsdiq edilib.
Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Yaradılan iki milli parkda ova icazə veriləcək.
Əsasnamələrə əsasən, Axar-Baxar və İlisu milli parklarında turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.