Azərbaycanda hotel bron etmək üçün vahid xidmət yaradılır.
Yurd.Media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən və turizm xidmətləri təklif edən onlayn rezervasiya platformalarının Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən azerbaijan.travel portalına inteqrasiyası nəzərdə tutulur.
İnteqrasiya prosesi çərçivəsində onlayn platformaların sistemə qoşulması planlaşdırılır.
Layihəni Dövlət Turizm Agentliyinin il ərzində həyata keçirməsi nəzərdə tutulur.
Gözlənilir ki, bu addım turizm xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, istifadəçilər üçün vahid platforma üzərindən rezervasiya imkanlarını artıracaq və ölkənin turizm potensialının daha effektiv təqdimatına şərait yaradacaq.