SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Xaricə gedən hər 3 nəfərdən ikisi kişilərdir

Xaricə gedən hər 3 nəfərdən ikisi kişilərdir

  • 03 aprel 2026, 23:56

Azərbaycandan xaricə gedən hər 3 nəfərdən ikisi kişilərdir.

Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında cüzi azalma, ölkədən xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında isə artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azdır. Gələnlərin əsas hissəsini Rusiya Federasiyası (23,2%), Türkiyə (21,1%) və İran (9,0%) vətəndaşları təşkil edib. 

Gender bölgüsünə görə, ölkəyə daxil olanların 72,0%-ini kişilər, 28,0%-ini qadınlar təşkil edib.

Eyni dövrdə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində artım müşahidə edilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədən çıxan vətəndaşların sayı 0,8% artaraq 298,7 min nəfərə çatıb.

Səfərlərin istiqamətinə baxdıqda, Türkiyə əsas istiqamət olaraq qalır - səfərlərin 37,4%-i bu ölkənin payına düşür və bu göstərici illik müqayisədə 2,1% artıb. Rusiya Federasiyasına səfərlər 15,2% təşkil edib və 2,8% azalıb. İrana səfərlər isə 17,7% artaraq 12,5%-ə yüksəlib. Gürcüstana səfərlər 12,2% azalaraq 9,9% təşkil edib. 

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 66,7%-ini kişilər, 33,3%-ini qadınlar təşkil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları