SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Balakəndə 850 metrlik kanat yolu belə olacaq - VİDEO

Balakəndə 850 metrlik kanat yolu belə olacaq - VİDEO

  • 07 may 2026, 13:57
Balakən

Balakəndə uzunluğu 850 metr, hündürlüyü 53 metr təşkil edəcək kanat yolunda 6 kabin quraşdrılacaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Balakən şəhərinin Heydər Əliyev parkında kanat yolunun inşası istiqamətində işlərə başlanılıb.

Artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir. İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi həyata keçirilir.

Layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330 sərnişinin daşınması mümkün olacaq.

Xatırladaq ki, Balakən kanat yolu layihəsi Azərbaycan Respublikası Prezidentinin "Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" 8 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Balakəndə 850 metrlik kanat yolu belə olacaq - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları