SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marisel Astara hotelindən rəylər: bir çeşid yemək, dəyişilməyən dəsmallar, ödənişə əlavə komissiya

"Marisel Astara" hotelindən rəylər: bir çeşid yemək, dəyişilməyən dəsmallar, ödənişə əlavə komissiya

  • 25 avqust 2025, 11:24
Astara

Azərbaycanın cənub bölgəsində yerləşən və son illərdə turistlərin diqqətini çəkən Astara rayonundakı "Marisel Astara Resort" hoteli müştəri şikayətləri ilə gündəmə gəlib.

Yurd.Media xəbər verir ki, sosial mediada qeyd olunan rəylərə görə hotelin qida xidməti, təmizlik standartları və ödəniş sistemində ciddi problemlər müşahidə olunur.

Hotel müştərilərindən olan Aişə Sultanzadənin bildirdiyinə görə, gün ərzində təqdim olunan üç dəfə yeməkdə cəmi bir çeşid təklif edilir və porsiyalar olduqca kiçikdir. Bundan əlavə, Azərbaycan qonaqpərvərliyinin simvolu sayılan çay belə yeməkdən sonra pulsuz verilmir. Müştərilər hotelin hər yerində çay üçün əlavə ödəniş etmək məcburiyyətində qalırlar.

Təmizlik məsələsi də ciddi narazılıq doğurur. Şikayətçilərin sözlərinə görə, yataq örtükləri və dəsmallar gündəlik olaraq yenilənmir. Müştərilər təmizlik xidməti üçün dəfələrlə qeydiyyata zəng etmək məcburiyyətində qalırlar və yalnız təkrarlanan müraciətlərdən sonra təmizlik personalı otağa gəlir.

Ən diqqətçəkən məqamlardan biri isə "Marisel" hotelin tətbiq etdiyi ödəniş sistemidir. Müştərilər hotel daxilində etdikləri xərcləri terminal vasitəsilə ödəyərkən, məbləğə əlavə komissiya tətbiq olunur. Məsələn, 5 manatlıq alış-veriş üçün müştəridən 5,30 manat tutulur. Bu, faktiki olaraq otelin öz vergi öhdəliklərini müştərilərin üzərinə köçürməsi kimi qiymətləndirilir.

Prime Leasing