SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Yeni turizm istiqaməti: Xəzər dənizində gəmi kruizləri - VİDEO

Yeni turizm istiqaməti: Xəzər dənizində gəmi kruizləri - VİDEO

  • 22 dekabr 2025, 19:47

Azərbaycanda da turizmin inkişafına təkan verəcək yeni layihəyə başlanılır.

Yurd.Media xəbər verir ki, 2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır. Bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus “Nikolay Jarkov” adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.

Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev "Xəzər Xəbər"ə bildirib ki, layihə regionun turizm xəritəsini dəyişəcək:

“Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları