2025-ci ildə Azərbaycan 189 xarici ölkədən turist cəlb edib.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 7 vahid azdır. Ötən il ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı isə əvvəlki ilə nisbətən 2,1% azalaraq 2,57 milyon nəfər olub.