SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda və Abşeron çimərliklərində giriş qiymətləri – 2026-cı ilin yay tarifləri

Bakıda və Abşeron çimərliklərində giriş qiymətləri – 2026-cı ilin yay tarifləri

  • 17 iyun 2026, 14:55

Yay mövsümünün başlaması ilə paytaxt sakinləri və qonaqlar istirahət üçün Bakıda və Abşeron yarımadasında yerləşən Xəzər dənizi sahilindəki çimərliklərə yollanır. Son illər çimərliklərdə təqdim olunan xidmətlərin artması ilə yanaşı, giriş qiymətləri də ictimai maraq doğuran əsas mövzulardan birinə çevrilib.

Yurd.Media "Milli.az"a istinadən bəzi məşhur çimərliklərin giriş qiymətlərini təqdim edir:

"Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

"White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.

"Bilgah Beach Hotel"də gündəlik giriş həftəiçi 35-45 AZN-dir. Qiymət günün növünə və mövsümə görə fərqlənə bilər. Bu məbləğə özəl çimərlik, hovuz və istirahət zonalarından istifadə daxildir.

"Dalga Beach Aquapark Resort"da giriş həftəiçi 25-35 AZN, həftəsonu isə 45-50 AZN-dir. Qiymətə çimərlik, hovuz və akvapark xidmətləri daxildir.

"Dream Beach" ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.

"Mambo Beach Club"da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.

"Sea Breeze Beach"də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.

Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları