Turistlər çox vaxt logistika baxımından ilk olaraq Azərbaycana - Bakıya gəlirlər. İkinci ən məşhur istiqamət isə şimal bölgəsidir - Quba və Qusar.
Yurd.Media xəbər verir ki, bunu AzTV-yə Turizm Bələdçiləri Assosiasiyasının sədri Tural Musayev bildirib.
Ümumilikdə turistlər müasir hotellərin, istirahət və əyləncə məkanlarının çox olduğu şəhərlərə üstünlük verirlər.
"Bura çox gözəldir. Nizami küçəsində, "Yaşıl bazar"da olduq. İnsanlar çox mehribandır. Həmçinin Qəbələ və Gəncəyə də səfər etdik, hər iki şəhər çox xoşumuza gəldi. Bakıya yenə gələcəyik", - deyə şəhəri ziyarət edən turistlərdən biri bildirib.
Digər bir qonaq isə paytaxtın təmizliyinə və memarlıq üslubuna heyranlığını ifadə edib: "İnsanlar çox qonaqpərvərdirlər. İlk diqqətimi çəkən şəhərin təmizliyi oldu. Memarlıq nümunələri də çox xoşuma gəldi. Burada olmaqdan böyük zövq alırıq, özümüzü çox rahat hiss edirik".