SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycana gələn hər 4 xarici turistin 1-i Rusiya əsillidir

Azərbaycana gələn hər 4 xarici turistin 1-i Rusiya əsillidir

  • 19 dekabr 2025, 15:54

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş 2,4 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 24,2%-i Rusiya vətəndaşı olub.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Beləliklə, ölkəyə gələn hər 4 xarici turistin 1-i Rusiya əsillidir.

Digər ölkələrin vətəndaşlarına gəlincə isə xarici turistlərin 17,6%-i Türkiyə, 8,1%-i İran, 6,4%-i Hindistan, 4,3%-i Gürcüstan, 4,2%-i Səudiyyə Ərəbistanı, 4,1%-i Qazaxıstan, 3,5%-i Pakistan, 2,6%-i Çin, 2,5%-i İsrail, 2,4%-i Özbəkistan, 1,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,5%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus və Böyük Britaniya, 1,0%-i Küveyt, 12,5%-i digər ölkələrin vətəndaşları olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları