SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Qaxdakı dünya əhəmiyyətli abidə məhv olur - VİDEO

Qaxdakı dünya əhəmiyyətli abidə məhv olur - VİDEO

  • 11 yanvar 2026, 22:13
Qax

Qax rayonunun Ləkit kəndi yaxınlığında yerləşən və dünya əhəmiyyətli memarlıq abidəsi hesab olunan Ləkit məbədi Qafqaz Albaniyasında və bütün Cənubi Qafqazda tetrakonx üslubunda tikilən ilk unikal abidədir.

Yurd.Media xəbər verir ki, tarixçilər beşinci əsrdə inşa edildiyi bildirilən məbədin tarixinin daha qədim olduğunu və xristianlığın yayılmasından əvvəlki dövrün izlərini də daşıdığını qeyd edirlər. Hazırda isə abidə məhv olmaq üzrədir.

Tarixçi Vaqif Aydınov abidənin qorunması və bərpası ilə bağlı "Bakı TV"yə bildirib ki,  abidə bizim eranın əvvəllərinə aiddir:

"Hərçənd ki, V əsr kimi qeyd olunur, mən əminliklə deyə bilərəm ki, bura xristianlıq dövründən xeyli əvvəl də mövcud olub. Alimlər geniş tədqiqat aparmaqla məbədin yaşını daha dəqiq müəyyən edə bilərlər. Təəssüf ki, tikilinin uçub-dağılan yerləri çoxdur, dağıntılar artıq sərhədə çatıb. Abidənin konservasiya edilməsi vacibdir. Bundan əlavə, yaxınlıqda məbədin maketi inşa edilsə daha yaxşı olar".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, tarixi abidənin qorunması istiqamətində tədbirlər həyata keçirilir. Abidənin pasportu hazırlanıb, mühafizə zonası təsdiq edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları