SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda “Joy Travel” turizm şirkətindən yarım milyonluq DƏLƏDUZLUQ

Bakıda “Joy Travel” turizm şirkətindən yarım milyonluq DƏLƏDUZLUQ

  • 08 sentyabr 2025, 09:34

Azərbaycanda onlarla ailə “Joy Travel” turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.

Şikayətçilərin Yurd.Media-ya verdiyi məlumata görə, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə iflas etdiyini bildirib.

Bildirilir ki, “Joy Travel”in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem olduğunu, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracığını bildirsə də bu istiqamətdə heç bir iş görməyiblər.

Nərmin Fətullayeva (solda)Nərmin Fətullayeva (solda)

Rəşad İlyasovRəşad İlyasov

Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğu əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.

Prime Leasing