Cari dövr üçün Bakı, Sumqayıt və Abşeronda 222 hotelə ulduz sertifikatı verilib.
Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.
Regionlarla bağlı bildirilib ki, monitorinqlərə başlanılıb və il ərzində regionlarda yerləşən hotellərdə sertifikatlaşmanın aparılması nəzərdə tutulur:
"Hazırda bölgələrdə yerləşən 58 hotelə ulduz dərəcəsi verilib və sertifikatlaşdırma prosesi davam etməkdədir".
Agentlikdən bildirilib ki, hazırda yerləşmə vasitələri üzrə Dövlət Turizm Agentliyinin əsas prioritet istiqaməti hotel kateqoriyasına aid olan yerləşmə müəssisələrinin sertifikatlaşdırılması və ulduz dərəcələrinin verilməsidir:
"Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir".