SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sakit Göl istirahət mərkəzində antisanitariya: Hovuzun suyu yaşıl rəngdə

"Sakit Göl" istirahət mərkəzində antisanitariya: Hovuzun suyu yaşıl rəngdə

Şamaxı

Şamaxıda yerləşən "Sakit Göl" istirahət mərkəzindəki antisanitariya ilə bağlı şikayətlər sosial mediada geniş müzakirələrə səbəbolub.

Yurd.Media xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə istirahət mərkəzinin hovuz suyunun yaşıl və bulanıq halda olduğu görünür.

Şikayətçi hovuzda “hər cür xəstəliyə yoluxmağın mümkün olduğunu”, hətta içində qurbağa ola biləcəyini, amma suyun çirkli olmasından görməyin belə mümkün olmadığını bildirib. Onun sözlərinə görə, istirahət mərkəzinin işçi heyətinə ünvanladığı “niyə təmizlənmir?” sualına sadəcə “təmizlənir” cavabı verilib.

Vətəndaş həmçinin qeyd edib ki, qapalı hovuzun da vəziyyəti açıq hovuzdan fərqlənmir. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər sağlamlıq üçün təhlükə yaradan belə şəraitin qəbul edilməz olduğunu vurğulayıblar.

Prime Leasing