Avqustun 11-dən universitetlərə qəbul olmaq üçün ixtisas seçimi prosesi başlayıb. Bu mərhələ avqustun 19-u 23:59-da başa çatacaq.
Bəs abituriyent ərizəni ləğv edib yenisini yarada bilərmi?
Dövlət İmtahan Mərkəzindən Yurd.Media-ya verilən məlumata görə, bu mümkündür.
DİM abituriyentlərə tövsiyə edir ki, seçimlərini dəqiqləşdirdikdən sonra ərizəni təsdiq etsinlər.
Qeyd edək ki, bu saatadək 76760 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.