SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Təhsil İnstitutu bu il 5 milyon manatlıq təlimlər təşkil edir

Təhsil İnstitutu bu il 5 milyon manatlıq təlimlər təşkil edir

  • 13 noyabr 2025, 18:04

Təhsil İnstitutu bu il 5 milyon manatlıq təlimlər təşkil edir.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən müəllimlər üçün təlimlərin keçirilməsi və mentorluq xidmətinin göstərilməsi ilə bağlı yeni hazırlıq işlərinə başlanılıb.

İnstitut bununla bağlı bir neçə təhsil şirkəti ilə yeni müqavilələr bağlayıb.

Belə ki, “Alqoritmika Azərbaycan” ilə bağlanılmış müqavilədə İbtidai təhsil siniflərində riyaziyyat fəninin tədrisində yeni yanaşma və strategiyalar üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu layihənin maliyyə dəyəri 725 min 700 manat müəyyənləşib.

İnstitut Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi ilə isə 5 yeni müqavilə bağlayıb. Bu müqavilələrdə yeni dərsliklər əsasında tədrisin təşkili mövzusunda, fənnlərin tədrisi metodikası üzrə və süni intellektin imkanlarından tədrisdə istifadə mövzusunda ixtisasartırma təlimlərinin keçirilməsi, eləcə də inklüziv siniflərin təşkil edildiyi ümumi təhsil müəssisələrində mentorluq xidmətinin, həmçinin dinləyib-anlama və yazı bacarıqlarının formalaşdırılması mövzusunda təlim və mentorluq xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi ilə bağlanılmış müqavilələrə əsasən, Təhsil İnstitutunun bu layihələrinin maliyyə dəyəri isə 1 milyon 173 min manat müəyyənləşib.

Xatırladaq ki, Təhsil İnstitutu daha əvvəl sentyabr ayında məktəblərin müəllim, metodist, ümumilikdə isə pedaqoji və idarəetmə heyətinin bilik və bacarıqlarının artırılması ilə bağlı bir neçə təhsil şirkəti ilə 2,8 milyon manat dəyərində müqavilələr bağlayıb.

Prime Leasing
SPE Annual Caspian