SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Emin Əmrullayev müəllimlər üçün nəzərdə tutulan yeniliklərin ANONSUNU VERDİ

Emin Əmrullayev müəllimlər üçün nəzərdə tutulan yeniliklərin ANONSUNU VERDİ

  • 13 noyabr 2025, 14:56

İbtidai təhsilin içinə girib düzəltmək lazımdır.

Yurd.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir:

"Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur. Ona görə də təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. İbtidai təhsilin içinə girib düzəltmək lazımdır" 

Sertifkatlaşdırmaya yanaşma ilə bağlı nazir qeyd edib ki, müəllimlik saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçməlidir:

"Bunu istəyən müəllimlər üçün tətbiq ediləcək, heç kəs heç kəsi buna məcbur etməyəcək. Tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq. Yalnız bu müəllimlər sertifikasiyadan yüksək bal toplayanlar arasından seçiləcək. İstəməsələr, saathesabı sistemlə davam edə bilərlər”, - nazir qeyd edib. 

Emin Əmrullayev əlavə edib ki, gələn il 25 mindən çox müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir: “Bu məqsədlə dövlət büdcəsində əlavə 58.4 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqıya əlavələrlə bağlı 213 milyon manat vəsait proqnozlaşdırılıb. Gələn il artıq demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyətinin sertifikatlaşdırılma prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifikatlaşdırılması prosesi qalacaq. 2027-dən artıq 2022-ci ildə sertifikatlaşdırmadan keçən müəllimlər təkrar ikinci dövrədə sertifikatlaşdırmaya cəlb olunacaq”. 

Prime Leasing
SPE Annual Caspian