2026-cı ildə “Azərbaycan–Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq Universitetdə mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı gözlənilir.