2026-cı ildə “Qarabağ Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 39 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Həmin vəsaitlə Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb – 100 nəfər) üzrə 2500-ə qədər, 2025/2026-cı tədris ilindən etibarən isə 4 000-ə qədər tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.