SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Məktəblərdə ali təhsili olmadan dərs deyən müəllimlər - STATİSTİKA

Məktəblərdə ali təhsili olmadan dərs deyən müəllimlər - STATİSTİKA

  • 27 iyul 2026, 22:01

Ümumi təhsil müəssisələrində çalışan 13 min 100 ingilis dili müəlliminin 77,2 faizi ali, 22,8 faizi isə orta ixtisas təhsillidir.

Yurd.Media "modern.az"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair məlumatlarında qeyd olunur. 

Bu göstərici əsas fənlər üzrə müəllimlər arasında ən aşağı nəticə hesab olunur.

Hər 6 informatika müəllimindən 1-i ali təhsilli deyil:

Statistikaya görə, informatika müəllimləri də ali təhsilli müəllimlərin payına görə aşağı göstəricilərdən birinə malikdir. Belə ki, 5 min 739 informatika müəlliminin 84,4 faizi ali, 15,5 faizi isə orta ixtisas təhsili alıb.

Digər əsas fənlər üzrə isə ali təhsilli müəllimlərin payı 97 faizdən yuxarıdır:

biologiya müəllimləri – 99,4 faiz; 
kimya müəllimləri – 99,3 faiz; 
coğrafiya müəllimləri – 99,3 faiz; 
riyaziyyat müəllimləri – 99,0 faiz; 
tarix müəllimləri – 98,6 faiz; 
Azərbaycan dili və ədəbiyyatı müəllimləri – 97,5 faiz. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları