SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
DİM-ə ən çox ünvanlanan suallar və CAVABLARI

DİM-ə ən çox ünvanlanan suallar və CAVABLARI

Hazırda universitetlərə ixtisas seçiminin başlamasına az müddət qalması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə (DİM) xeyli müraciətlər olur.

Yurd.Media DİM-ə ən çox ünvanlanan sualları və cavablarını təqdim edir.

- Bakalavriatura pilləsini rus dilində oxuyan tələbə magistraturada azərbaycanca təhsil ala bilər?

DİM: Bəli

- Kolleclərə qəbul üçün fevralın 20-dən martın 5-ə kimi qeydiyyatdan keçə bilməyənlər hazırda orta ixtisas müsəssisələrinə qəbul üçün ixtisas seçimi edə bilərlərmi?

DİM: Bəli, edə bilərlər.

- 9-cu siniflər üçün statistika jurnalı olacaqmı?

DİM: Xeyr

- Statistika jurnalları nə zaman nəşr olunacaq?

DİM: Seçim başlayana kimi nəşr olunur.

- Kolleclərə ixtisas seçiminin vaxtı nə vaxt açıqlanacaq?

DİM: Ali təhsil müəssisələrinin seçimi başa çatdıqdan sonra aparılır.

Prime Leasing