SÜJET
Cənab Prezident İlham Əliyev yaşıl iqtisadiyyat, yaşıl enerji məsələlərinə diqqət edir.
Yurd.Media xəbər verir ki, bunu BDU və KOBİA-nın birgə tərəfdaşlığı ilə BDU ərazisində ekoloji təmiz enerji doldurma məntəqəsinin açılış mərasimində çıxışı zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, bu elm, təhsil və innovasiyalqr sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün addımlardan biridir:
"Tədris prosesində bu ərazidən istifadə edəcəyik. Bu, tək bizim universitetin yox, digər universitetlərin tələbələri üçün də açıq mərkəz sayıla bilər. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi də layihələri qiymətləndirəcək".